Modern.az

Azərbaycanda hərbi xidmətə çağırış başlayıb

Azərbaycanda hərbi xidmətə çağırış başlayıb

1 Yanvar 2013, 12:21

Ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq, yanvarın 1-dən Azəbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlanıb. Proses bir ay davam edəcək. 
Sərəncama əsasən, 1995-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1978-1994-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş ölkə vətəndaşları 2013-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Sərəncama uyğun olaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 11-də Azərbaycan Respublikası vətəndaşlarının 2013-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...