Modern.az

Ədliyyə naziri: “500-dən çox bələdiyyə sədrinin işi məhkəməyə verilib”

Ədliyyə naziri: “500-dən çox bələdiyyə sədrinin işi məhkəməyə verilib”

2 Yanvar 2013, 12:27

Ədliyyə naziri Fikrət Məmmədov Azərbaycandakı bələdiyyələrin başa çatan 2012-ci ildəki fəaliyyətindən danışıb. Modern.az xəbər verir ki, F.Məmmədovun sözlərinə görə, 2012-ci ildə inzibati nəzarət qaydasında yoxlanılmış bələdiyyə aktlarının sayı 63 faiz artaraq 52.000-dən çox olub. Onlardan 1400-ə yaxını nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. 500-dən çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə təqdim olunub, 28 bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilib və onlardan 15-i üzrə cinayət işi başlanıb. Bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 9.000 hektaradək torpaq sahəsinin geri qaytarılması təmin olunub. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin gücləndirilməsi, mövcud nöqsan və çatışmazlıqların səbəblərinin təhlil olunub aradan qaldırılması, metodiki yardımın təsirliliyinin yüksəldilməsi üzrə və digər müvafiq tapşırıqlar verilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi