Modern.az

Baş Prokurorluqdan Gülər Əhmədova barəsində daha bir AÇIQLAMA

Baş Prokurorluqdan Gülər Əhmədova barəsində daha bir AÇIQLAMA

Təhsil

4 Yanvar 2013, 23:11

“Gülər Əhmədovanın barəsində ev dustaqlığı qəti-imkan tədbirinin seçilməsi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan informasiyalar həqiqəti əks etdirmir və tərəfimizdən təkzib olunur”.

 

Bunu APA-nın sorğusuna cavabında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

E.Sultanov istintaqın gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumatın veriləcəyini də bildirib.

Qeyd edək ki, “haqqin.az” saytı G. Əhmədovaya istinadən Nəsimi Rayon Məhkəməsinin onun ev dustağı olması barədə qərar çıxardığını, hər gün evində olduğu barədə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına, sahə müvəkkilinə məlumat verdiyini yazıb. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...