Qazaxıstanın iğtişaşlar baş vermiş Almatı şəhərinə yeni mer təyin edilib.
Modern.az xəbər verir ki, prezident Kasım-Jomart Tokayev bununla bağlı müvafiq fərman imzalayıb.
Fərmana əsasən, Yerbolat Dosayev Qazaxıstan Respublikası Milli Bankının sədri vəzifəsindən azad edilərək, Almatı şəhərinin meri təyin olunub.
Yerbolat Dosayev 2019-cu ilin fevralından Milli Bankın sədri idi.
Bundan əlavə, o, baş nazirin müavini, maliyyə nazirinin müavini, energetika, sənaye və ticarət nazirinin müavini vəzifələrində çalışıb.