Modern.az

Şamaxı stadionu beynəlxalq oyunları qəbul edəcək

Şamaxı stadionu beynəlxalq oyunları qəbul edəcək

31 Yanvar 2022, 17:46

Şamaxı şəhər stadionu beynəlxalq oyunları qəbul edə bilər.

 

Modern.az AFFA-nın saytına istinadən xəbər verir ki, arenaya bununla bağlı müvafiq sənəd təqdim olunub.

 

Stadionda quraşdırılmış süni ot örtüyü FİFA tərəfindən “Quality Pro” sertifikatına layiq görülüb. FİFA tərəfindən verilmiş bu keyfiyyət nişanı stadionunda beynəlxalq oyunların keçirilməsinə imkan verir.

 

Qeyd edək ki, Premyer Liqada çıxış edən “Keşlə” 2022-ci ildə məhz bu arenaya köçəcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!