Gürcüstan ABŞ-dan əlavə “Javelin” tank əleyhinə idarəolunan raket kompleksi alacaq.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında məlumat verib.
O qeyd edib ki, ABŞ Dövlət Departamenti 2021-ci ildə Gürcüstana 30 milyon ABŞ dolları dəyərində əlavə “Javelin”lərin satılması barədə qərar qəbul edib.
“Gürcüstanın Müdafiə Nazirliyi “Javelin” qurğularını iki ölkə arasında saziş əsasında sadələşdirilmiş qaydada alacaq. 26 milyon 246 min 866 dollar dəyərində qurğuların alınması ABŞ-ın ayırdığı vəsait və Gürcüstanın dövlət büdcəsi hesabına maliyyələşdiriləcək”, - deyə Qaribaşvili bildirib.
Xatırladaq ki, Gürcüstan “Javelin” sistemlərinin ilk partiyasını 2018-ci ildə alıb.