Mali hökuməti Fransa səfirinə ölkəni tərk etmək üçün 72 saat vaxt verib.
Modern.az xəbər verir ki, bu barədə hökumət bəyanat yayıb.
Mali rəhbərliyi Fransa xarici işlər naziri Jan İv Lö Drianın bu ölkə ilə bağlı sözlərini təhqiramiz hesab edir. Bu səbəbdən Fransa səfiri Mali Xarici İşlər Nazirliyinə çağrılıb və o, 72 saat ərzində ölkə ərazisini tərk etmək barədə məlumatlandırılıb.
Qeyd edək ki, bir neçə gün öncə Lö Drian Malidəki keçid hökumətini qeyri-qanuni adlandırıb.