Dekabrın sonunda İstanbulda vəfat etmiş Sevinc Babayevanın oğlu Ayxan Məmmədov verdiyi ifadələrdə anasının ölkədən getməsi və onun ölümü ətrafındakı məsələlərə münasibət bildirib.
Baş Prokurorluğun nümayəndəsi dekabrın 26-da vəfat etmiş Sevinc Babayevanın oğlunun verdiyi ifadənin araşdırılacağını deyib.
“Mərhum Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun Bakı Şəhər Prokuroluğunda verdiyi ifadələr istintaq yolu ilə arasdırılacaqdır. Nəticəsi barədə ictimayyətə əlavə məlumat veriləcək”-deyə “BBC Azərbaycanca”ya müsahibəsində Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
Fəaliyyətini dayandırmış ABU-nun sabiq rektoru Elşad Abdullayevin internetdə yayılmış videoları ilə bağlı araşdırma çərçivəsində İnterpol axtarışına verilən Sevinc Babayeva dekabrin 26-da İstanbulda vəfat edib.
Onun ölümü ətrafında müxtəlif məlumatlar dövriyyə edir. S.Babayevanın oğlu Ayxan Məmmədov mətbuata açıqlamalarında və istintaqa ifadəsində anasının ölümündə sabiq millət vəkili Gülər Əhmədovanı ittiham edib.
G.Əhmədova isə bu ittihamə rədd edib.
Moern.az