Modern.az

Ərdoğan hökumətdəki dəyişiklikdən danışdı

Ərdoğan hökumətdəki dəyişiklikdən danışdı

Dünya

31 Yanvar 2022, 20:14

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki dəyişiklik barədə danışıb.

 

Modern.az xəbər verir ki, Ərdoğan dəyişən şərtlərə və ehtiyaclara uyğun olaraq kabinetə yenidən baxılmasının təbii olduğunu bildirib.

 

O qeyd edib ki, kabinetdəki vəzifələrin dəyişdirilməsi estafet yarışıdır:

 

"Bundan sonra lazım olduqda dəyişikliklər edə bilərik. Türkiyə son illərin ən məhsuldar, eyni zamanda, ən çətin qışını yaşayır”.

 

Qeyd edək ki, iki gün öncə Türkiyənin ədliyyə naziri Abdulhamit Gül vəzifəsindən ayrılıb. Gülün yerinə Bəkir Bozdağ təyin olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal