Modern.az

Poroşenko ifadə verməkdən imtina etdi

Poroşenko ifadə verməkdən imtina etdi

Dünya

31 Yanvar 2022, 20:53

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko ifadə verməkdən imtina edib.

 

Modern.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, sabiq prezident müstəntiqə ifadə vermədən Dövlət İstintaq Bürosunu tərk edib.

 

Poroşenko protokolu da imzalamayıb. Onun Dövlət İstintaq Bürosuna növbəti çağırış tarixi daha sonra açıqlanacaq.

 

Xatırladaq ki, dövlətə xəyanətdə ittiham olunan Poroşenko Donbasda separatçıların nəzarəti altında olan bölgədən daş kömür alınması ilə bağlı açılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal