Türkiyədə son sutkada yeni növ koronavirusa (COVID-19) yoluxan 182 nəfər vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 435 513 nəfərdən test götürülüb, onların 93 261-nin nəticəsi pozitiv çıxıb.
Virusa yoluxmuş 93 438 nəfərin son sutkada sağaldığı bildirilir.