Modern.az

Çoban qoyunları ilə birgə yanıb kül oldu

Çoban qoyunları ilə birgə yanıb kül oldu

31 Yanvar 2022, 21:16

Qazaxıstanın Türküstan vilayətində yanğın baş verib.

 

Modern.az xəbər verir ki, Baydibek rayonunun Alqabas kəndi yaxınlığında mal-qara saxlanılan ikimərtəbəli bina yanıb. Hadisə nəticəsində çoban ölüb, onun sürüsü tələf olub.

 

“Yanğın nəticəsində 1150 baş qoyun və 150 ​​ton preslənmiş ot yanıb. Bir çobanın meyiti hadisə yerində tapılıb”,  - Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, yanğınsöndürənlər hadisə yerinə 40 dəqiqəyə çatıb. Yanğının lokallaşdırılması və söndürülməsi təxminən 1,5 saat çəkib.

 

Yanğın 780 kvadratmetrdən çox ərazini əhatə edib. Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi