Macarıstanın Baş naziri Viktor Orbanın Rusiyaya səfər edəcəyi açıqlanıb.
Modern.az xəbər verir ki, səfər fevralın 1-nə planlaşdırılıb.
Orbanın Ukrayna ilə gərginlik fonunda Rusiyaya səfəri Macarıstanda siyasi müxalifətin tənqidinə səbəb olub.
"Guardian" nəşri yazır ki, digər Avropa paytaxtlarında səfər narahatlıqla izlənilir.
Macarıstanın xarici işlər naziri Peter Siyarto səfərin gündəliyində ölkəsinin Rusiyadan qaz alması, "Sputnik V" peyvəndinin Macarıstanda istehsalı, Rusiyanın bu ölkədə inşa etdiyi və uzun müddətdir təxirə salınan nüvə stansiyası ilə bağlı müzakirələrin olacağını söyləyib.