Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Ukrayna ətrafında vəziyyət və Rusiya Federasiyasına uzunmüddətli, hüquqi cəhətdən təmin edilmiş təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Putin bu problemlərə fundamental yanaşmaları diqqətə çatdırıb.
Qeyd edək ki, bu, son 3 gündə tərəflər arasında ikinci telefon danışığıdır. Bundan əvvəl Fransa və Rusiya liderləri arasında yanvarın 28-də telefon danışığı olub.
Akif İsmayılov