Modern.az

Putinin yaxınları hədəfə alındı - Sanksiya təhdidi

Putinin yaxınları hədəfə alındı - Sanksiya təhdidi

Dünya

31 Yanvar 2022, 23:40

Rusiya Ukraynanı işğal edəcəyi təqdirdə ABŞ prezident Vladimir Putinin yaxın çevrəsinə sanksiyalar tətbiq edə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.

 

Qeyd olunur ki, Putinin yaxın adamları və Qərblə əlaqələrini hədəf alan sanksiyalar hazırlanıb.

 

Sanksiyaya məruz qalacaq şəxslər və ailə üzvlərinin siyahısı tərtib edilib.

 

“Bizim müəyyən etdiyimiz şəxslər Kremlin yaxın çevrələrindədir, onlar hökumətin qərarlarının qəbulunda rol oynayır və ya Kremlin sabitliyi pozan davranışında iştirakçıdırlar”, - deyə ABŞ rəsmiləri qeyd edib.

 

Diqqətə çatdırılıb ki, sanksiyalar həmin oliqarxları beynəlxalq maliyyə sistemindən uzaqlaşdıracaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal