Modern.az

Britaniya Rusiya şirkətlərinin aktivlərini dondura bilər

Britaniya Rusiya şirkətlərinin aktivlərini dondura bilər

Dünya

1 Fevral 2022, 00:39

Ukrayna ətrafındakı vəziyyət fonunda hazırlanan Böyük Britaniyanın yeni sanksiya rejimi Rusiyaya məxsus biznes şəbəkələrinin dondurulmasını nəzərdə tutur.

 

Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass məlumat verib.

 

O, əvvəllər demişdi ki, sanksiyalar rusiyalı “oliqarxların” Londondakı əmlakının müsadirəsini də əhatə edə bilər.

 

“Biz Kremlin sabitliyi pozan hərəkətlərinə görə ağır bədəl ödəməsini təmin edəcəyik. Onların Böyük Britaniyadakı aktivləri dondurulacaq və Böyük Britaniya şirkətləri və şəxsləri onlarla əməliyyat apara bilməyəcək; əgər onlar Böyük Britaniyaya daxil olmaq istəsələr, onlara rədd cavabı veriləcək”, - deyə Trsss bildirib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal