"Azərbaycanda uzun illərdir, metro tikintisi lazımi səviyyədə aparılmır".
Modern.az xəbər verir ki, bunu Milli Məclisdə “Yol hərəkəti haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihənin müzakirəsində çıxışı zamanı deputat Fazil Mustafa deyib.
Deputat vurğulayıb ki, Sədərək, Bakıxanov kimi ərazilərdə metro tikiləcəyi deyilsə də, bu həyata keçirilməyib:
"Bütün bu ərazilərin sərnişin yükünü avtobuslar çəkir. Nəticədə cərimələnmə halları da çoxalır. Bakıda bir milyondan artıq maşın var. Park yerinin sayı isə 20-30 min arasıdır. Vətəndaşları çətinlik qarşısında qoymaq olmaz.
Azərbaycanda un məmulatları, qaz istehlakı ilə bağlı qiymətlər qalxıb. İnsanlar bunu başa düşür. Amma belə təsəvvür yaranır ki, dünyada cərimələrin də miqdarı qalxıb. Park nişanlarının qoyulması lazımdır.
Sarı xəttə saxlamaq olmaz deyilir, amma düşünün Bakıdan Şamaxıya qədər yol boyu sarı xətdir, sürücülər nə etsin".