Modern.az

Ova görə cərimələr 10 dəfə ARTIRILIR

Ova görə cərimələr 10 dəfə ARTIRILIR

Aktual

1 Fevral 2022, 16:42

"2021-ci ildə 193 nəfər ovçu odlu silahdan istifadə edərək quşlara və heyvanlara qarşı qanunsuz əməl törədib".

 

Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə nazirliyin rəsmi feysbuk hesabında canlı yayımlanan “Ekspert saatı”nda deyib.

 

O bildirib ki, həmin şəxslərdən 37-si xarici vətəndaş, qalanı yerli vətəndaş olub və hər biri cərimələnib:

 

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz heyvan ovu ilə bağlı cərimələrin artırılması ilə bağlı tədbirlər həyata keçirir. Müəyyən heyvan növlərinin, xüsusilə də vəhşi heyvanların ovuna görə cərimələrin dəfələrlə, hətta bəzi növlərin 10 dəfəyə qədər artırılması nəzərdə tutulur. Artıq layihə hazırlanıb və yaxın vaxtlarda cərimələrin artırılacağına inanıram”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!