Modern.az

Atası jurnalistin Prezident Administrasiyasına təyinatını təsdiqlədi

Atası jurnalistin Prezident Administrasiyasına təyinatını təsdiqlədi

Media

1 Fevral 2022, 17:16

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) əməkdaşı Tural Məmmədovun Prezident Administrasiyasının mətbuat xidmətinə təyinatını atası da təsdiqləyib.

Modern.az xəbər verir ki, AzTV-nin İnformasiya Proqramları Studiyasının baş direktoru vəzifəsindən azad edilən Tural Məmmədovu atası, tanınmış jurnalist Əhməd Qədiroğlu da sosial şəbəkədə təbrik edib.

O, oğlunun fotosunu sosial şəbəkədə paylaşaraq, “Tural, yeni təyinatını təbrik edirəm. İnanıram ki, göstərilən etimadı doğruldacaqsan”,-deyə yazıb.

Qeyd edək ki, təyinatdan sonra AzTV Tural Məmmədovun adının özünün işçilər siyahısında çıxarıb.

Televiziya jurnalisti kimi tanınan Tural Məmmədovun atası Əhməd Qədiroğlu uzun müddət AzTV-nin Gəncə üzrə xüsusi müxbiri işləyib.
Xatırladaq ki, xəbəri ilk olaraq Konkret.az yaymışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu