Modern.az

Lavrov və Blinken telefonla danışdılar

Lavrov və Blinken telefonla danışdılar

Dünya

1 Fevral 2022, 23:11

ABŞ dövlət katibi Entoni Blinken və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

 

Telefon danışığı ABŞ və NATO-nun Rusiyanın təhlükəsizlik təkliflərinə verdiyi yazılı cavabdan sonra baş tutub.

 

Danışıq zamanı Blinken Rusiya ilə müzakirələrin davam etdirilməsinə və Ukrayna sərhədlərindən qoşun və texnikanın çıxarılmasına çağırıb.

 

Blinken vurğulayıb ki, ABŞ Rusiya ilə qarşılıqlı təhlükəsizlik problemləri ilə bağlı ikitərəfli qaydada və ya müttəfiqləri, tərəfdaşları ilə tam koordinasiyada fikir mübadiləsi aparmağa hazırdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal