Modern.az

Azərbaycanda iki ayın əsgəri vəfat edib

Azərbaycanda iki ayın əsgəri vəfat edib

7 Yanvar 2013, 11:31

Azərbaycan Ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissədə xidmət edən, 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadov postda olarkən dünyasını dəyişib. İlkin ehtimala görə, C. Qubadov ürək tutmasından vəfat edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyərək bildirib ki, əsgər ötən gecə saat 00.35 radələrində qəflətən dünyasını dəyişib. Ölümün səbəbi araşdırılır.

Qeyd edək ki, C. Qubadov 2012-ci ilin oktyabrında Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı