Modern.az

Deputat araşdırmanı davam etdirir: “İlham Əliyev haqqında yer alan məqamlar ermənilərin səyi ilə baş tutub" - AÇIQLAMA

Deputat araşdırmanı davam etdirir: “İlham Əliyev haqqında yer alan məqamlar ermənilərin səyi ilə baş tutub" - AÇIQLAMA

7 Yanvar 2013, 11:42

"Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi" beynəlxalq təşkilatının açıqladığı "hesabatda" Azərbyacan prezidenti İlham Əliyev haqqında yer alan məqamlar bilavasitə erməni tərəfinin səyləri ilə baş tutub". 

Bu barədə Milli Məclisin deputatı Fuad Muradov bəyan edib. Deputat təşkilatla bağlı apardğı araşadırma nəticəsində qurumla bağlı maraqlı faktlar aşkar edib.

“Bu qurumun İdarə Heyətinin tərkibinə  Ermənistan Araşdırmaçı Jurnalistlər Təşkilatı daxildir. Həmin təşkilatın rəhbəri isə Edik Baqdasaryandır. E.Baqdasaryan isə Dağlıq Qarabağda, Xocalıda azərbaycanlılara qarşı amansız qətllər törətmiş beynəlxalq terrorçu Monte Melkonyanın yaxın dostu olub. Qatil Melkonyanın tökdüyü günahsız qanlar isə Azərbaycanda hamıya yaxşı bəllidir”-deyə deputat vurğulayıb. 

“Araşdırma nəticəsində aydın olub ki, Azərbaycan prezidentinin nufuzuna xələl gətirmək məqsədi daşıyan bu qərarın qəbulu bilavasitə Baqsaryanın təşəbbüsü ilə baş tutub. Təəssüf ki, bizim bəzi KİV-lər erməninin təsiri ilə qəbul olunmuş qərarı yayımlayıblar”-deyən F.Muradov  qeyd edib ki, Baqdasaryanın rəhbərlik etdiyi saytda isə Azərbaycan əleyhinə olmazın yalanlar və uydurmalar yer alır.

“Bu hesabatın məhz Dünya Azərbyacanlılarının Həmrəylik Günü açıqlanması da təsadüfi deyil.

Azərbyacan prezidenti İlham Əliyevin nufuzu dünya tərəfindən qəbul olunub. Azərbaycanın düşmənləri belə çirkin vasitələrlə prezidentin nufuzunun sarsıda bilməyəcəklər”-deyən millət vəkili araşdırmaların davam edəcəyini vurğulayıb.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı