Təhsil Nazirliyinin təşkilatçılığı ilə “1 şagird–1 kompüter” müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müsabiqənin təşkil edilməsində əsas məqsəd İKT əsaslı fərdiləşmiş təhsilin formalaşdırılmasından ibarətdir.
Bildirilib ki, müsabiqənin Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimləri arasında hər il keçirilməsi qərara alınıb. İki mərhələdə təşkil ediləcək müsabiqəyə təqdim olunacaq işlər müvafiq meyarlar üzrə qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaqlar.
Müsabiqə ilə bağlı ətraflı məlumatlar www.musabiqe.edu.az saytında yerləşdiriləcəkdir.
Modern.az