Modern.az

AzTV-də yeni TƏYİNAT

AzTV-də yeni TƏYİNAT

Media

2 Fevral 2022, 10:49

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) yeni kadr təyinatı olub.

 

Modern.az-ın xəbərinə görə, Əməkdar jurnalist Yunis Orucov AzTV-nin İnformasiya Proqramları Studiyasının direktoru təyin edilib.

 

O, bu təyinatadək həmin studiyanın direktor müavini vəzifəsində işləyib.

 

Y.Orucov jurnalist fəaliyyətinə “Yeni Azərbaycan” qəzetində başlayıb, baş redaktorun müavini olub. 2006-cı ildən əmək fəaliyyətini AzTV-də davam etdirir. 2007-ci ildən etibarən Azərbaycan Prezidentini yerli və xarici səfərlərdə jurnalist kimi müşayiət edib.

 

Y.Orucov müxtəlif mövzularda bir sıra sənədli filmlərin ssenari müəllifidir. O, AzTV-də “Jurnalist araşdırması” verilişi ilə də tanınır. Jurnalistin ötən il “Nargin - saralmış kədər” tarixi romanı işıq üzü görüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu