Modern.az

“Əli Kərimliylə İsa Qəmbərin müttəfiqliyi yalnız iclaslarda görüşməkdən ibarətdir”- ŞƏRH

“Əli Kərimliylə İsa Qəmbərin müttəfiqliyi yalnız iclaslarda görüşməkdən ibarətdir”-  ŞƏRH

7 Yanvar 2013, 12:03

“İstər İsa Qəmbər olsun, istərsə də Əli Kərimli və eləcə də digərləri öz namizədliklərini versələr belə, bunun heç bir əhəmiyyətli olmayacaq”.
Bu fikirləri politoloq Zərdüşt Əlizadə Müsavat Partiyası tərəfindən başqan İsa Qəmbərin namizədliyinin rəsmən irəli sürülməsi və bu addımın sonrakı perspektivlərini Modern.az-a şərh edərkən bildirib. İsa Qəmbərin namizədliyinin tənqidlə qarşılanmasının düzgün olmadığını deyən Z.Əlizadə bu addımın onu  üçün önəmli olduğunu vurğulayıb.

“Hər bir Azərbaycan vətəndaşının seçmək və seçilmək hüququ var. İsa Qəmbər də namizədliyini verməklə qanunu pozmayıb. Öz konstitusion hüququndan istifadə edib. Buna görə, onu qınamaq düzgün deyil. İctimai Palatanın əvvəlcədən də perspektivini görməmişdim, indi də.
Tarixə və keçmiş hadisələrə nəzəri baxışla baxmağa çalışan adamların rəyinə hörmətlə yanaşıram. İsa Qəmbərin namizədliyinin irəli sürülməsi onun üçün önəmlidir”, - deyə politoloq bildirib.

AXCP-Müsavat müttəfiqliyinin pozulacağına dair yayılan məlumatlara münasibət bildirən Z.Əlizadə həmçinin bildirib ki, onların bu dostluğu yalnız iclaslarda görüşməkdən ibarət olub.

“Mən İsa Qəmbərlə Əli Kərimlinin siyasi proseslərdə birgə irəliləməsinin şahidi olmamışam. Onların müttəfiqliyi yalnız vaxtaşırı iclaslarda görüşməkdən ibarət idi. Bu insanların qeyd edildiyi kimi sıx müttəfiqliyini görməmişəm”.

Z.Əlizadə cari ildə baş tutacaq prezident seçkiləri ilə bağlı müxalifət liderlərinə xəbərdarlıq edərək onların qalib gəlmək şanslarının olmadığını deyib:

“Azərbaycanda azad seçki mühiti olmayandan sonra kiminsə namizədliyini irəli sürməsi önəmsizdir. İstər İsa Qəmbər olsun, istər Əli Kərimli olsun və eləcə də digərləri öz namizədliklərini versələr belə bunun heç bir əhəmiyyətli olmayacaq”.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı