Modern.az

Mustafa Hacıbəyli Mübariz Qurbanlını ad günü münasibətilə təbrik etdi - RUBRİKA

Mustafa Hacıbəyli Mübariz Qurbanlını ad günü münasibətilə təbrik etdi - RUBRİKA

Ölkə

7 Yanvar 2013, 13:24

Modern.az-ın “Ad günü” rubrikasında bu gün Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlıdan bəhs olunur. Yanvarın 7-də deputatın 59 yaşı tamam olub. M.Qurbanlının doğum günü münasibətilə Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli təbrik edib:

“Mübariz Qurbanlı elə bir hakimiyyətdə təmsil olunur ki, həmin hakimiyyət iqtidarla müxalifət arasında sivil münasibətləri nəzərdə tutmur. Bu hakimiyyət xalqla məsafədə dayanan, xüsusilə, müxalifətlə polisin əli ilə davranan bir hakimiyyətdir. Müxalifətin tələbləri, iradları olarkən, müxalifət etiraz edərkən, o etirazları izləmək, həll etmək yox, polis vasitəsilə onu susdurmaq xətti tutan bir hakimiyyətdir. Ona görə mən Mübariz Qurbanlının ad günü haqqında xoş sözlər desəm də belə, bu, səmimi səslənməyəcəkdir. O, vaxtilə Cəbhənin, sonra da Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) üzvü olub. AMİP-in üzvü olanda, yəni müxalifətdə olan vaxtlarda Mübariz Qurbanlıyla şəxsi münasibətlərim də vardı, amma YAP-a keçəndən sonra əlaqələrimiz kəsilib.
Mübariz Qurbanlıya can sağlığı arzulayıram. Arzu edirəm ki, Mübariz Qurbanlı tezliklə Müsavatın haqlı mübarizə aparıb necə qalib gələcəyini görsün”.

Təbriki çatdırmaqda vasitəçilik etdi: Nihadə Eyyubova

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi