Modern.az

Azərbaycandakı hərbi hissədə qanlı olay

Azərbaycandakı hərbi hissədə qanlı olay

7 Yanvar 2013, 13:54

Qazaxda yerləşən "N" saylı hərbi hissənin əsgəri hərbçi yoldaşını güllələyib

Yanvarın 7-də saat 11:30 radələrində Qazax rayonunun Cəfərli kəndindəki "N" saylı hərbi hissədə silahlı insident baş verib. Modern.az ANS-ə istinadən xəbər verir ki, Yevlax rayon Hərbi Komissarlığdan çağrılmış 1994-cü il təvəllüdlü Vahid Telman oğlu Ağabalazadə əsgər yoldaşı Yevlaxdan çağrılan 1993-cü il təvəllüdlü Ruslan Mirzə oğlu Şahbazovu güllələyib.
Baş nahiyyəsindən ağır yaralanan əsgər Ruslan Şahbazov hospitala yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi deyilir.

Hələlik insidentlə bağlı hərbi hissədən heç bir açıqlama verilməyib.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı