Qafqaz Müsəlmanları İdarəsi (QMİ) paytaxt sakinlərini ayıq olmağa, aldanmamağa çağırıb. İdarədən Modern.az-a verilən məlumatda bildirilib ki, QMİ Bakı şəhərinin müxtəlif yerlərində xüsusi hazırlanmış vərəqələrin insanlara paylandığı və əvəzində müəyyən maddiyyat umulduğu barədə informasiya alıb.
“Vərəqləri paylayaraq maddi vəsait toplamağa cəhd edənlər bunu guya Əjdərbəy məscidində kasıb insanlar üçün ehsan mərasimi düzənləmək məramı ilə həyata keçirdiklərini iddia edirlər.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidməti olaraq bildiririk ki, bu, həqiqətə uygun olmayan bir məsələdir və burada Əjdərbəy məscidinin adının hallandırılmasından təəssüf hissi keçiririk. Belə ki, Əjdərbəy məscidi kasıb insanlara yardımı hər zaman yalnız öz daxili imkanları hesabına gerçəkləşdirir”.
Modern.az