Modern.az

Sabahın hava proqnozu açıqlandı - kəskin dəyişkənlik olacaq

Sabahın hava proqnozu açıqlandı - kəskin dəyişkənlik olacaq

7 Yanvar 2013, 14:18

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah - yanvarın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam havanın tutqun, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-4, gündüz 8-11 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Yanvarın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoz

Yanvarın 8-də Abşeron yarımadasında mülayim qış havası meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, yanvarın 9-10-da arabir güclənən xəzri küləyi fonunda temperaturun xeyli aşağı enməsi soyuq diskomfort hissi yaradaraq meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Hava şəraitinin dəyişiləcəyi haqqında məlumat

Bir neçə gün davam edən mülayim qış havasından sonra yanvarın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişiləcəyi, temperaturun ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcəyi, yanvarın 9-da axşam yağıntılı olacağı, gecəyə doğru sulu qar, yanvarın 10-da fasilələrlə qar yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturunun yanvarın 09-da gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-5 dərəcə isti, yanvarın 10-da gecə və gündüz 1 dərəcə istidən 2 dərəcəyədək şaxta olacağı gözlənilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı