Modern.az

Şuşada Düma ilə Natəvanın birgə abidəsi qoyula bilər - Reklamçı-memardan maraqlı TƏKLİF

Şuşada Düma ilə Natəvanın birgə abidəsi qoyula bilər - Reklamçı-memardan maraqlı TƏKLİF

3 Fevral 2022, 10:31

“Qarabağda sosial abidə komlekslərinin salınması  bütün dünya ictimaiyyəti ilə Qarabağ arasinda körpü rolunu oynayacaq. Sosial reklam və memarlıq vəhdəti bu ərazilərin turizm potensialına öz töhfəsini verəcək”.

Bununla bağlı fikirlərini Modern.az-la bölüşən Azərbaycan Reklamçılar İttifaqının İcraçı direktoru, memar Cahid Həsənov ilk növbədə atılmalı olan addımlardan danışıb. 

O, azad olunmuş ərazilərimizdə açıq məkanda reklamın daha  hansı formasından istifadənin mümkünlüyü barədə fikirlərini bölüşüb.

 
– Reklam deyəndə insanların gözü önündə ilk növbədə hansısa  əmtəə canlanır.  Amma reklamın kommersiya  reklamından da  güclü  bir  formatı vardır. Bu  sosial reklamdır. Yaxşı formada  memarlıq həllini tapmış bir abidə kompleksi əslində ən böyük sosial reklama çevrilə bilər. Hansısa  bir  milli ornametli fiqur özü  bir  sosial reklamdır.


Sosial reklamın ənənəvi və yeni formatları var:
 

Birincisi, reklam lövhələri. Sosial reklam dedikdə həmin ərazilərdə hər 100-200 metrdən bir  abidələrin tarixi fotoları, dağıdılmış fotoları, bərpadan sonrakı fotoları yerləşdirilməlidir. Və əlavə olaraq  o bölgələrə məxsus mədəni irsimizi tərənnüm  etdirən sosial reklamlar  yerləşdirilməlidir. O ərazilərdə  xüsusi  zona bölgüləri də  həllini tapmalıdır. Zonalar  üzrə  sosial reklamlar  yerləşdirmə strategiyası həll  olunmalıdır. Qəhrəmanlar parkı ərazilərində, bu parklara  gedən yollarda vətənpərvərlik mövzulu reklamlar  yerləşdirilməlidir. Bu  dediklərim  sosial reklamların lövhə versiyasıdır.
 


İkincisi,  heykəllər, atributlar. Dediyim kimi,  o ərazilərdə - yol ətrafı hissələrdə vətənpərvərlik, sülhsevərlik mövzulu müxtəlif formatlı kiçik həcmli olsa abidə kompleksləri, heykəllər, bununla yanaşı, mədəni irsimizi tərənnüm etdirən abidə kompozisiyaları da  ucaldılmalıdır. Məsələn: qarabağlı bir xanımın Qarabağ xalçası toxuyan anı, Qarabağda kişi, qadın, uşaq geyimlərinin heykəl forması, musiqi alətləri, muğam üçlüyü, dulusçuluqla, zərgərliklə əlaqəli kiçik həcmli heykəl və s. kompozisiyalar, kiçik memarlıq formatları quraşdırılsa, çox gözəl olar.   Bu dediklərim sosial reklamın memarlıq formatıdır. Bu formatın tətbiqi həm də o ərazilərdə açıq muzey formatının yaranmasına xidmət edəcək. Hər  hansı bir  turist  bu ərazilərdə qonaq olarkən, daha  doğrusu  bir  tədbirə gedib və həmin gün qayıdarsa – vaxtı olmadığına görə muzeylərə gedə bilməzsə belə, dediyim formatlar əsasında bu regionun tarixinə elə yolüstü, yəni  sosial reklamlar vasitəsi ilə geniş miqyasda  səyahət etmiş olar.  Tam məsuliyyətimlə deyə bilərəm ki, bu, dünya memarlıq və şəhərsalma  tarixində bir ilk formatdır, sosial reklamların yeni bir formasıdır.


Üçüncüsü, park və xiyabanlar. Memarlıq və şəhərsalmada şəhərlər  ərazisində parklar mühüm əhəmiyyət  kəsb edir. Şəhərə gələn qonağı biz mütləq şəhərin ən yaxşı parklarına səyahətə aparırıq. Daha dolğun desəm, parkları şəhərin qonaq otaqlarıdır.  İşğaldan azad olunan ərazilərimizdə inşa ediləcək parklar, qələbə kompleksləri, bayraq  meydanları, hətta  Şəhidlər xiyabanları heç də sovetlər birliyindən qalan ənənəvi formatlar kimi olmasın gərək. Bunun üçün işlədiyim layihələrdə  ilk olaraq  bu parklar  ərazisində olacaq  abidə komplekslərinin heç də ənənəvi yaralanmış heykəl, güllələnmiş uşaq, ağlayan ana və s. kimi formatları mən tam inkar  edirəm. Yeni təklifimlə burada ucaldılacaq  heykəllər  gülümsəməli, qürurlu duruşlu, xeyrin şərə qalibiyyətini özündə tərənnüm etdirməlidir. Və  parklar da  rəngarəng çıraqlarla, şırıltılı fəvvarələrlə, yaşıllıqla, gül-çiçəklərlə zənginləşməlidir. Bu adda  parklar daha  əvvəlkilər kimi ildə bir dəfə  anım günlərində ziyarət olunan məkan yox, insanların gündəlik gəldikləri yerə çevrilmiş olur. Və təbii ki, yeniyetmələrimizin vətənpərvər ruhda böyüməsində böyük rol oynamış olar. Digər  tərəfdən də  park və xiyabanlarda  ucaldılacaq hər hansı bir abidə kompleksi (təbii ki yaxşı memar layihələndirilməsi ilə) bütün dünya  xalqları ilə öz dillərində birbaşa  danışa bilən bir  vasitədir. Yəni  reklamın yayımında  daşdan olan heykəllər keşməkeşli yollarımızı, tariximizi  dünyaya daha  çevik çatdıran bir vasitədir.  Bu, sosial reklamın genişmiqyaslı yayım formasıdır.



Cahid Həsənov özünün də bir memar və reklamçı kimi konkret təklif və layihələri olduğunu diqqətə çatdırıb:
 

- Fürsətdən istifadə edib iki hazır layihəmi ictimaiyyətə təqdim etmək istərdim. Bildiyiniz kimi, dünya  şöhrətli yazıçı Aleksandr  Düma Xan qızı Xurşidbanu Nətəvan ilə  görüşüb. Bunu  əsərlərində də  təfərrüatı ilə yazıb. Amma fransızların əksəriyyətinin bundan xəbəri yoxdur. Məhz  belə bir  dünya şöhrətli  adamla  şair Natəvanın, Qarabağ xanının qızının şərəfinə  park salınsa gözəl olar.  Mən bunun layihəsini artıq hazırlamışam. Təsəvvür edin ki, bu layihə həyata keçib, Qarabağa gələn xarici turistlər bu kompleksdə xatirə şəkilləri çəkdirib dünyaya yayımlayırlar. Yaxud da “Sarı Gəlin” Abidə Kompleksi layihəm. Şuşa  şəhəri üçün “Sarı Gəlin” Abidə Kompleksi layihəsi işləmişəm.  Bu  layihə  60 metr  diametrindədir. Musiqili  fəvvarənin  orta  hissəsində  Sarı gəlinin  heykəli yerləşir. Bu  heykəlin  kürsüsü  4 metr,  heykəlin  hündürlüyü  isə  3.5 metrdir.




A.Qorxmaz
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər