Cənub Hərbi Dairəsi: “2013-cü ilin yazında Xəzər donanmasına 3 desant gəmisinin daxil edilməsi planlaşdırılır”
Rusiya Xəzər dənizində özünün hərbi gücünü nümayiş etdirmək niyyətinə düşüb. Yeni ildə Rusiya Xəzərdəki donanmasına 5 hərbi gəmi və kater daxil edəcək. Modern.az bildirir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin açıqladığı məlumatda qeyd olunub.
“Hərbi limanın yeni hərbi qüvvələrlə artırılması dovlətin hərbi silahlanma proqramı əsasında baş verir. Yeni texnikanın və eləcə də əlavə köməkçi gəminin hərbi donanma tərkibinə daxil edilməsi 2013-cü ilin ilk yarim ili üçün planlaşdırılıb”-deyə press-relizdə vurğulanıb.
Məlumata görə ilin ortasında Xəzər donanmasına iki yeni kiçik hərbi raket gəmisi - "Uqliç" və "Qrad Sviyajek”, 2013-cü ilin yazında isə “Serna” layihəsi çərçivəsində 3 desant gəmisinin daxil edilməsi planlaşdırılır.
Cənub Hərbi Dairəsinin mətbuat xidməti həmçinin xəbər verir ki, köməkçi donanmanın inkişaf konsepsiyasına əsasən, 2020-ci iə qədər Xəzər dəniz donanmasına 2 dəniz, 1 reyd buksirləri və həmçinin də üzən kran daxil olacaq.
Modern.az