Sovet İttifaqının dağılmasından sonra daxili problemlərlə məşğul olan Rusiya Federasiyası hazırkı prezident Vladimir Putinlə sözün əsl mənasında öz qabığından çıxmağı bacardı. Biz bunu Rusiyanın dünyada hərbi mövcudluğu olan ölkələrə və əsaslı siyasət dəyişikliyinə nəzər salmaqla görə bilərik.
Modern.az xəbər verir ki, Rusiyanın hərbi mövcud olan ölkələr Moskvanın xarici siyasətində maraqların dərk edilməsinə görə dəyişir. Rus ordusunun əsgərlərinin olduğu ölkələri və bölgələri üç başlıq altında araşdırmaq faydalıdır.
Keçmiş Sovet ərazisinin təhlükəsizliyi
Keçmiş sovet torpaqlarında öz suverenliyini davam etdirmək istəklərini gizlətməyən Rusiya rəsmilərinin fikrincə, milli təhlükəsizliyin əsası bu torpaqların Rusiyanın nəzarətində qalmasıdır. Moskva NATO-nun Ukrayna və keçmiş sovet respublikalarına genişlənməsini “keçilməməsi lazım olan qırmızı xətt” kimi bəyan edir. Rusiyanın bu ölkələrdə ya əsgərləri var, ya da de-fakto qurduğu dövlətlərlə öz “bufer zonası”nı yaradır. Donetsk, Luqansk, Abxaziya və Cənubi Osetiyada Dnestryanı bölgələr, Moldova buna aiddir.
Bu gün keçmiş sovet ərazisində olmuş və müstəqilliyini elan etmiş 9 ölkədə Rusiyanın əsgərləri var. Bunların bəzilərinə ikitərəfli razılaşmalar əsasında hərbi bazaların yaradılması və ya sülhməramlıların yerləşdirilməsi, bəzilərinə isə birbaşa işğal yolu ilə nail olunub.
Rusiya qoşunlarının olduğu keçmiş sovet ölkələrinə bunlar daxildir: Ukrayna, Gürcüstan, Belarus, Moldova, Qazaxıstan, Ermənistan, Tacikistan, Qırğızıstan və Azərbaycan.
Rus qoşunları olmayan ölkələr isə Türkmənistan, Özbəkistan, eyni zamanda Baltikyanı dövlətlər - Estoniya, Latviya və Litvadır.
Qeyd edək ki, Azərbaycandakı Rusiya hərbçiləri Qarabağda sülhməramlı missiya yerinə yetirir. Bu baxımdan Sovet İttifaqını tərk edərək müstəqilliyini elan etmiş Türk Cümhuriyyətləri arasında rus əsgəri olmayan cəmi iki ölkə var: Türkmənistan və Özbəkistan.
Müttəfiqləri qorumaq üçün atılan addımlar - Suriya nümunəsi
Rusiyanın “Ərəb baharı”ndan sonra vətəndaş müharibəsinin hökm sürdüyü Suriyaya müttəfiqlərini qorumaq üçün müdaxiləsi dünyada, xüsusən də Türkiyədə böyük əks-səda doğurdu. Moskvanın maraqlarını qoruya bilən Əsəd rejiminin qalması üçün müdaxilə qaçınılmaz idi və Rusiya öz qoşunlarını Suriyaya yeritməklə müttəfiqini qorumaq missiyasını yerinə yetirməyə çalışdı.
Muzdlularla yeni təsir sferaları əldə etmək siyasəti
Rusiya müttəfiqlərindən başqa, bu ölkənin əsas güclərindən hesab olunan “Vaqner” muzdlu qruplaşması vasitəsilə də hökumətləri dolayısı ilə dəstəkləyir. Muzdlu kimi qələmə verilən "Vaqner"in nə vaxt və harada qurulduğuna dair dəqiq məlumat olmasa da, onun ilk olaraq Ukraynadakı daxili qarşıdurmada Rusiyanın xeyrinə həyata keçirdiyi fəaliyyətlərlə özünü göstərdiyi məlumdur.
2016-cı ildə min üzvünün olduğu düşünülən qrupun indi on minə yaxın nümayəndəsi var. Əksəriyyəti keçmiş peşəkar hərbçilərdən və bu sahənin ekspertlərindən təşkil olunan qrup, fəaliyyət göstərdiyi ölkələrdə səhra və ya arxa planda əməliyyatların aparılmasında fəal rol oynayır. Ukraynadan sonra dəfələrlə mətbuatda əks olunan görüntülərdə Suriyadakı əməliyyatlarda Dəməşq rəhbərliyinə bağlı əsgər və milis qruplarının beyin komandası formalaşdırdığı diqqət çəkib. Sonra məlum olub ki, o Türkiyənin də dəstəklədiyi və BMT tərəfindən Liviyada qanuni hökumət kimi tanınan Milli Barışıq Hökumətinin qarşı tərəfində Haftar qüvvələri ilə eyni cəbhədə vuruşur. Haftara dəstək verən "Vaqner" qrupunun Rusiyanı meydanda təmsil etdiyi və Liviya böhranının həllində Moskvanın söz sahibi olmasında mühüm faktor olduğu aydın görünürdü.
Dəhşət saçan silahlı dəstə
Fransanın xarici işlər naziri Jan-İv Le Drianın “Vaqner Rusiyanın Afrikada təsirini gücləndirmək üçün bəzi dövlətlərin zəif cəhətlərindən istifadə edir” bəyanatı Rusiyanın rəsmən qoşun göndərmədiyi ölkələrdə Vaqner vasitəsilə Moskvanın təsir dairəsini genişləndirmək üçün istifadə etdiyini açıq göstərir.
Hazırda "Vaqner"in Mərkəzi Afrika Respublikası, Qvineya, Konqo, Ruanda, Mozambik, Madaqaskar, Zimbabve, Sudan, Venesuela, Yəmən, Suriya və işğal olunmuş Ukrayna torpaqlarında fəaliyyət göstərdiyi iddia edilir. Adətən bu ölkələrin liderlərini qorumaq vəzifəsini öz üzərinə götürən qrup münaqişə bölgələrində də komanda səviyyəsində fəaliyyət göstərir.
Qeyd edək ki, Rusiya üçün həyati əhəmiyyət kəsb edən Milli Təhlükəsizlik Strategiya Sənədi dövrün şərtlərinə görə dəyişir. Hazırda əsas plan ABŞ-ın rəhbərlik etdiyi NATO-nun genişlənməsini dayandırmağa çalışmaqdır. Moskvanın Qafqazı, Mərkəzi Asiyanı və Şərqi Avropanı öz "həyətyanı" sahəsi kimi görməkdən savayı kənarda izlədiyi ərazilər var. Bu mənada Rusiyanın "Vaqner" kimi qruplarla uzaq coğrafiyalarda təsir dairəsini genişləndirməyə davam edəcəyi istisna deyil.