Modern.az

“Ermənistan Azərbaycana təkliflər göndərib” - Nazir

“Ermənistan Azərbaycana təkliflər göndərib” - Nazir

Ölkə

3 Fevral 2022, 16:09

"İki həftə öncə Ermənistan tərəfi Rusiya vasitəsilə Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı yeni təkliflər verib. Lakin Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı hər hansı bir şərt irəli sürməyə nə hüquqi, nə siyasi, nə mənəvi haqqı var".
 

Modern.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto ilə birgə keçirdiyi mətbuat konfransında deyib.


Nazir təəssüflə bildirib ki, Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin başlanması ilə bağlı birgə ikitərəfli komissiyanın yaradılması istiqamətində davamlı, ardıcıl yanaşma hələ ki müşahidə edilmir.
 

“Ermənistan tərəfi Komissiyanın işə başlaması üçün müəyyən şərtlər irəli sürüb. Azərbaycan heç bir qeyd-şərt olmadan bu prosesə açıq olduğunu bildirib”, - deyə nazir qeyd edib.


C.Bayramov əlavə edib ki, iki ölkə arasında beynəlxalq sərhədlər tanınmalıdır, 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın bu məsələyə dair hər hansı bir şərt irəli sürməyə haqqı yoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama