Modern.az

İsa Qəmbərdən Rəsul Quliyevə mesaj: “20 ildə buna nail olmamışıqsa, o nə edə bilər?”

İsa Qəmbərdən Rəsul Quliyevə mesaj: “20 ildə buna nail olmamışıqsa, o nə edə bilər?”

7 Yanvar 2013, 17:52

“İyirmi ildə biz buna nail olmamışıqsa, Rəsul Quliyevin qarşıdakı altı ayda vəziyyəti dəyişmək ehtimalı varmı?”.
Modern.az-ın məlumatına görə, bu fikirləri Müsavat başqanı İsa Qəmbər “Azadlıq” radiosunun “İşdən sonra” proqramında ACP lideri Rəsul Quliyevlə bağlı ona ünvanlanan sualı cavablandırarkən bildirib. Azərbaycandakı mövcud durumu qiymətləndirən Müsavat başqanı bildirib ki, ölkədə demokratik  cəmiyyətin qurulmasına müxalifət 20 ildə nail olmayıbsa, Rəsul Quliyevin bunu bacarması inandırıcı görünmür.

“Təbii ki, demokratik şərait lazımdır ki, Seçki Məcəlləsi təkmilləşdirilsin. Bu iyirmi ildə biz buna nail olmamışıqsa,Rəsul Quliyevin qarşıdakı altı ayda vəziyyəti dəyişmək ehtimalı varmı? Mən də vəziyyəti dəyişmək istəyirəm. Bu vəziyyəti dəyişmək üçün indiyədək olan səylərimizin kifayət etmədiyini nəzərə aldım. Buna əlavə resurs daxil etməyin tərəfdarıyam. Seçkidə iştirak çağırışı ilə cəmiyyətin demokratikləşməsinin tərəfdarıyam.
Bundan sonra da seçkiöncəsi bölgələrdə olacağıq. İnsanlarla görüş keçirəcəyik. Hakimiyyətə qalib gəlməyin yolu seçkidən keçir. Mən enerjini real olmayan proyektlərə sərf etmək niyyətində deyiləm. Azərbaycandakı vəziyyəti biz dəyişməliyik”-deyə İsa Qəmbər bildirib.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı