Modern.az

İsa Qəmbər Əli Kərimlidən danşıdı: “Bir-birimizə güzəştə getməyi bacarmalıyıq” - AÇIQLAMA

İsa Qəmbər Əli Kərimlidən danşıdı: “Bir-birimizə güzəştə getməyi bacarmalıyıq” - AÇIQLAMA

7 Yanvar 2013, 18:21

“İctimai Palata seçkilərdə bir namizədlə və yaxud bir neçə namizədlə iştirak edə bilər”. Modern.az xəbər verir ki, bu fikirləri Müsavat başqanı İsa Qəmbər “Azadlıq” radiosuna müsahibəsində AXCP sədri Əli Kərimlinin namizədlik perspektivi barədə sualı şərh edərkən bildirib.
“Hər birimiz bir-birimizə güzəştə getməyi bacarmalıyıq. Bizim müttəfiqlərimiz olan AXCP-nin bir çox yetkililəri hesab edirlər ki, təkcə İctimai Palata çərçivəsində deyil, daha geniş çevrənin konsaltasiyasına nail olmaq lazımdır. Eyni zamanda İctimai Palatanın seçki sənədlərində də birmənalı şəkildə göstərilib ki, İctimai Palata seçkilərdə bir namizədlə və yaxud bir neçə namizədlə iştirak edə bilər. Həmçinin, İctimai Palata üçüncü bir şəxsin də namizədliyini müdafiə etməyi mümkün sayır”.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı