Dünən gecə ABŞ-ın Suriyanın İdlib vilayətində həyata keçirdiyi əməliyyat nəticəsində İŞİD terror təşkilatının lideri Əbu İbrahim əl-Haşimi əl-Qureyşini öldürülüb.
Modern.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden məlumat verib.
O, 2019-cu ildən bəri qruplaşmaya rəhbərlik edib. ABŞ Qureyşinin ələ keçirilməsi barədə informasiya üçün 10 milyon dollar mükafat vəd edirdi.
Xatırladaq ki, dünən axşam ABŞ İdlib vilayətində terrorçuların sığınacaqlarına aviazərbələr endirib. Zərbələr nəticəsində 13 nəfərin öldüyü qeyd olunub.
Akif İsmayılov