Modern.az

Türkiyə və Ukrayna arasında dron müqaviləsi İMZALANDI

Türkiyə və Ukrayna arasında dron müqaviləsi İMZALANDI

Dünya

3 Fevral 2022, 19:49

Bu gün Türkiyə və Ukrayna arasında "Bayraktar TB2" pilotsuz uçuş aparatlarının birgə istehsalına dair müqavilə bağlanıb.

 

Modern.az xəbər verir ki, müqavilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Vladimir Zelenski tərəfindən imzalanıb.

 

Zelenski qeyd edib ki, müqavilə "Bayraktar" PUA-larının istehsalını təkmilləşdirəcək.

 

"Düz 30 il əvvəl Türkiyə ilə Ukrayna arasında diplomatik əməkdaşlıq qurulub. Bu, tarixi hadisədir. İki ölkə arasında azad ticarət sazişi imzalanıb. İş dünyası üçün yeni qazanc və gəlirlər ölkələrimizin rifah səviyyəsinin yüksəlməsi deməkdir", - deyə Ukrayna lideri qeyd edib.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal