Türkiyədə son sutkada koronavirusdan 233 nəfər dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 455 min 463 nəfərin test edildiyi, 107 min 530 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 88 min 14 nəfərin isə bu xəstəlikdən sağaldığı qeyd olunub.