Modern.az

Qarabağ separatçıları arasında “liderlik davası”: Arayik ətrafında çevrə daralır

Qarabağ separatçıları arasında “liderlik davası”: Arayik ətrafında çevrə daralır

4 Fevral 2022, 10:50

Qarabağdakı separatçılar arasında “liderlik” uğrunda mübarizə qızışır.

Modern.az “Hraparak”a istinadən xəbər verir ki, II Qarabağ Müharibəsindəki məğlubiyyətdən sonra separatçıların rəhbərliyindən gedəcəyinə söz vermiş
Arayik Arutyunyan vədinə xilaf çıxaraq,  tərəfdarlarına bildirib ki, “siyasətdən getməyəcək”.

Arayikin bu bəyanatı Qarabağ separatçıları arasında ona müxalif olanların narazılığı ilə qarşılanıb.  


“Hraparak” yazır ki, Arayik Arutyunyan ətrafında çevrə yenidən daralıb. Belə ki, əvəllər separatçılara rəhbərlik etmiş Bako Saakyan və Arkadi Qukasyanın yenidən hərəkətə keçdiyi bildirilir. Onların separatçılar arasında Arayik Arutyunyana qarşı qüvvə formalaşdırdıqları barədə məlumatlar yayılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi