Modern.az

Putin Çində SƏFƏRDƏDİR

Putin Çində SƏFƏRDƏDİR

4 Fevral 2022, 10:52

Rusiya Prezidenti Vladimir Putin Çinin paytaxtı Pekində səfərdədir.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamaısnda Prezidentin köməkçisi Yuri Uşakov deyib.

 

O bildirib ki, bu, Rusiya liderinin koronavirus pandemiyası başlayandan bəri Çinə ilk səfəridir.

 

Səfər çərçivəsində V.Putinlə Çin Sədri Si Cinpin arasında təkbətək görüş olacaq. Görüşdə ikitərəfli əlaqələrin, regional və qlobal məsələlərin müzakirə olunacağı gözlənilir.

 

Y.Uşakovun sözlərinə görə, axşam saatlarında Rusiya dövlət başçısı XXIV Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində qonaq qismində iştirak edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama