Türkiyə əhalisinin sayı açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu məlumat yayıb.
2021-ci ildə ölkə əhalisi 1 065 911 nəfər artaraq 84 680 273 nəfərə çatıb.
Kişilərin sayı 42 428 101, qadınların sayı isə 42 252 172 nəfərdir. Əhalinin 50,1 %-i kişilərdən, 49,9 %-i isə qadınlardan ibarətdir. Xarici vətəndaşların sayı isə 458 626 nəfər artaraq 1 792 36 nəfərə yüksəlib.