"Keçən il Avropa ölkələri Azərbaycandan 8,2 milyard kubmetr qaz alıb. Bu il bu rəqəmin artacağı gözlənilir”.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə komissarı Oliver Varhelyi ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Avropa İttifaqı ilə yeni sazişlə bağlı danışıqlar 2020-ci ildə pandemiya ilə əlaqədar dayanmışdı. Ötən ildən danışıqlar aktivləşib. 2022-ci ildə Aİ ilə Azərbaycan arasında hərtərəfli sazişin imzalanmasına nail olmaq mümkündür”, - deyə nazir vurğulayıb.