Qazaxıstan hüquq-mühafizə orqanları ötən ay baş vermiş iğtişaşlardan sonra 2700-dən çox cinayət işi açıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun Birinci Xidmətinin rəis müavini Yeldos Qılımjanov məlumat yayıb.
O bildirib ki, bu işlərdə şübhəli bilinən 802 nəfər barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.