Modern.az

Rusiya və Türkiyə siyasi məsləhətləşmələr apardı

Rusiya və Türkiyə siyasi məsləhətləşmələr apardı

4 Fevral 2022, 21:19

Moskvada Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko və Türkiyə xarici işlər nazirinin müavini Faruk Kaymakcının iştirakı ilə məsləhətləşmələr keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Məsləhətləşmələrdə Rusiya ilə Türkiyə arasında ikitərəfli əməkdaşlıq və Balkan yarımadasında mövcud vəziyyət barədə hərtərəfli fikir mübadiləsi aparılıb.

 

Bundan əlavə, Bosniya və Herseqovinadakı vəziyyətə xüsusi diqqət yetirilib, daxili siyasi vəziyyətin Dayton Sazişinin prinsiplərinə uyğun olaraq tezliklə normallaşdırılmasının zəruriliyi vurğulanıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama