Modern.az

Zukerberq bir sutkada 30 milyard dollar itirdi

Zukerberq bir sutkada 30 milyard dollar itirdi

4 Fevral 2022, 22:42

“Meta" (keçmiş "Facebook") şirkətinin sahibi Mark Zukerberq dünyanın ən varlı adamları siyahısında 12-ci yerə düşüb. Buna səbəb “Meta"nın səhmlərinin ucuzlaşması olub.

 

Modern.az xəbər verir ki, bu barədə “Forbes” jurnalının milyarderlər reytinqində məlumat yer alıb.

 

Hazırda Zukerberqin sərvəti 84,8 milyard dollar olaraq qiymətləndirilir. O son sutkada 29,7 milyard dollar (25,9%) itirib.

 

“Meta” rəhbərinin kapitalının gündəlik ixtisarı indiyədək ən böyük itkilərdən sayılır. Zukerberqi bu siyahıda İlon Mask qabaqlayır. Belə ki, keçən il “Tesla” rəhbəri bir gündə 33 milyard dollar itirmişdi.

 

Qeyd edək ki, Zukerberq 2015-ci ildən bəri ən zəngin on adamdan biridir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama