Modern.az

“Bayden bir ildə Amerikanı dağıtdı” - Tramp

“Bayden bir ildə Amerikanı dağıtdı” - Tramp

4 Fevral 2022, 23:52

“ABŞ-ın hazırkı administrasiyası bir il ərzində ölkəni dağıtdı”.

 

Modern.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların sabiq prezidenti Donald Tramp bildirib.

 

“Çox şeylər sadəcə dəhşətlidir”,- deyən Trampın fikrincə, hazırkı inflyasiya enerji sahəsində aparılmış səhv siyasətin nəticəsidir.

 

“Biz enerjidən asılı dövlət deyildik. İndi isə OPEK-ə, Rusiyaya, başqa oyunçulara müraciət edirik. Bu, bizim ölkəmiz üçün ağır vəziyyətdir”, - keçmiş prezident deyib.

 

Qeyd edək ki, D.Tramp 2020-ci il seçkilərində Baydenə məğlub olaraq, prezidentlik postundan uzaqlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama