Modern.az

Peyvənd olunmayanlar 600 avro cərimələnəcək

Peyvənd olunmayanlar 600 avro cərimələnəcək

Dünya

5 Fevral 2022, 00:25

Avstriya yetkinlik yaşına çatmış şəxslər üçün COVID-19 peyvəndini məcburi edən ilk Avropa ölkəsi olub.

 

Modern.az xəbər verir ki, bu barədə qanunu Avstriyanın federal prezidenti Aleksandr Van der Bellen imzalayıb.

 

Martın 15-dən etibarən COVID-19 peyvəndi vurdurmayan bütün yetkin vətəndaşlar 600 avro məbləğində cərimələnəcək. 

 

Qayda pozuntusunun təkrarlanması halında cərimənin məbləği artırılacaq. Maksimum cərimə 3600 avrodur.

 

Qeyd edək ki, indiyədək Avstriyada əhalinin 72,7%-i peyvənd olunub.

 

Akif İsmayılov

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal