Modern.az

ABŞ Ukraynaya 40 hərbi maşın verdi

ABŞ Ukraynaya 40 hərbi maşın verdi

Dünya

5 Fevral 2022, 00:41

ABŞ Ukrayna Dövlət Sərhəd Xidmətinə 40 ədəd hərbi patrul maşını təhvil verib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Kiyevdə yerləşən səfirliyi məlumat yayıb.

 

Avtomobillər çətin relyefə malik sərhəd bölgələrində patrul reysləri aparmaq üçün istifadə olunacaq. Təhvil verilən maşınların "Mitsubishi" markalı olduğu bildirilir.

 

Avtomobillər sərhədçilərə ayrılan 20 milyon dollarlıq təcili yardım paketinin bir hissəsidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal