Modern.az

Sabir Rüstəmxanlıdan donos yazan professor VHP-dən qovuldu

Sabir Rüstəmxanlıdan donos yazan professor VHP-dən qovuldu

8 Yanvar 2013, 14:48

Bu gün saat 12:00-da VHP Binəqədi rayon təşkilatının Məclisi və Nəzarət Təftiş Komissiyasının növbədənkənar toplantı keçirlib. VHP mərkəzi qərargahında baş tutan toplantıda məclis üzvü Bəhmən Yunus oğlu Sultanlının uzun müddətdir qeyri-etik hərəkətlərə yol verdiyi və VHP-ni nüfuzdan salmaq üçün göstərdiyi cəhdləri, partiyanın ayrı-ayrı funksionerləri haqqında şər və böhtan kampaniyası aparması müzakirə olunub. Bu barədə Modern.az-a VHP mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məclis üzvləri 2006-cı  ildən bu vaxta qədər keçən dövrdə Bəhmən Sultanlının dövlətin ayrı-ayrı orqanlarına VHP üzvləri haqqında donoslar yazdığını, dəfələrlə xəbərdarlıq və töhmətlərə, həmçinin partiyanın onun yaşını nəzərə alaraq, sərt tədbirlərə əl atmamasına baxmayaraq, əməllərindən əl çəkmədiyini diqqətə çatdırıblar və onun qeyri-etik hərəkətlərindən sonra artıq partiya sıralarında qalmasının mümkünsüzlüyünü bildiriblər.

Məclis üzvləri təklif edib ki, Bəhmən Sultanlının partiyadan "azad edilməsi" yox, məhz "partiya sıralarından qovulması" gündəmdədir. Ümumi rəyə əsasən B.Sultanlının VHP sıralarından qovulması səsə qoyulub.

Binəqədi rayon təşkilatı Məclisinin 11 üzvündən 10 nəfərinin və NTK üzvlərinin iştirakı ilə keçirilən toplantıda B.Sultanlının partiyadan qovulması səsə qoyulub və yekdilliklə qəbul edilib.

"Xatırladaq ki, B.Sultanlının partiya daxilində qeyri-etik hərəkətlərə yol verməsi və rəhbərlik haqqında böhtan və şər dolu məlumatlar yaymasına görə VHP sədr Sabir Rüstəmxanlının əmri ilə yanvarın 7-də Bəhmən Sultanlı sədrin müşaviri vəzifəsindən azad edilib"-deyə VHP-dən bildirilib.

Məlumata görə, B.Sultanlı şəxsən iclasa dəvət edilsə də, iclasa qatılmaqdan imtina edib. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı