Modern.az

Azərbaycan neftinin qiyməti 100 dollara YAXINLAŞDI

Azərbaycan neftinin qiyməti 100 dollara YAXINLAŞDI

5 Fevral 2022, 11:40

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

 

Modern.az xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,23 ABŞ dolları, yaxud 4,45 % artaraq 99,30 ABŞ dollarına çatıb.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi